AZ

Paşinyan Rusiyanın “orbit”inə qayıdır

Xarici siyasət hadisələrindən sonra Nikol Paşinyan hakimiyyəti artıq KTMT və MDB platformalarında baş verənləri boykot etmir.

“Cebheinfo.az” xəbər verir ki, “Hraparak” qəzeti belə yazıb.

“Əvvəla, Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan Lavrovun təşkil etdiyi KTMT səfirlərinin görüşündə iştirak edib, noyabrın 25-27-də isə parlament nümayəndə heyəti MDB üzrə beynəlxalq konfransda iştirak etmək üçün Moskvaya gedəcək.

Nümayəndə heyətinə hakim Vətandaş Müqaviləsi Partiyasından olan deputat Hayk Sarkisyan, müxalifətçilər Hayk Mamicanyan və Taron Marqaryan daxildir.

Noyabrın 28-də Astanada KTMT liderlərinin görüşü, dekabrın sonunda isə MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olacaq. 

Nikol Paşinyan KTMT liderlərinin görüşündə iştirak etmək üçün Astanaya gedəcəkmi?

“Baş nazirin səfərləri barədə məlumat vaxtında veriləcək”, - hökumətdən verilən açıqlamada belə qeyd edilir.

Halbuki, bu ilin fevralında Paşinyan şəxsən Ermənistanın KTMT üzvlüyünü dondurduğunu bəyan edib”, - deyə nəşr yazır.

Seçilən
6
cebheinfo.az

1Mənbələr