Azərbaycanlı müğənni toyu günü 6 saat liftdə qaldı
Müğənni Şöhrət Məmmədov toyu günü liftdə qalıb. Manset.az xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" proqramına qonaq olarkən bildirib. Şöhrət qeyd edib ki, həmin vaxt liftdə 5 nəfər olublar və 6 saat liftdə qalıblar. "Gecə saat 3-ün yarısı idi. Lift bağlandı. Mən qonaqlarımı yerləşdirməyə getmişdim. Onları yerləşdirib gələndə lift dayandı. Liftdə mən həyat yoldaşım qardaşım və qayınanam var idi. 5-ci mərtəbədən aşağı düşürdük. 3-ci mərtəbədə dayandı. Gecə saat 3-ün yarısından səhər saat 9-un yarısına kimi liftdə qaldıq". Ətraflı videoda: