AZ

"NATO ölkələri Rusiyaya qarşı tamhüquqlu müharibəyə qoşulub"- Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, ABŞ və NATO-nun digər üzvləri raketlərindən Kursk və Bryansk vilayətlərinə zərbələr endirdikdən sonra Rusiyaya qarşı tam hüquqlu müharibəyə başladığını bildirib. 

Sitat.info xəbər verir ki, Medvedev bunu “Al Arabiya” telekanalına müsahibəsində bildirib. 

Medvedev Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli Qərb raketlərinin istifadəsinin nəticələri barədə danışarkən deyib ki, bu, hərbi toqquşmaların gedişatını və baş verənləri dəyişir.  Çünki bu, NATO blokunun, Vaşinqtonun və bu alyansın digər üzvlərinin əslində artıq hibrid deyil, ölkəmizə qarşı tam hüquqlu müharibədə iştirak etdiyini göstərir. 

"Və bu, nəticəsiz qalmayacaq", - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb. 

Rusiya lideri Vladimir Putin Amerika və Britaniya raketlərinin Kursk və Bryansk bölgələrində Rusiya hərbi hədəflərinə hücum etdiyinə diqqət çəkib.

Putinin sözlərinə görə, Rusiya bu hücumlara cavab olaraq ilk dəfə olaraq Ukraynanın müdafiə sənayesi obyektində - Dneprdək "Yujmaş" zavoduna qarşı Rusiyanın ən yeni "Oreşnik" orta mənzilli ballistik raketlərindən qeyri-nüvə variantında istifadə edib.

Rusiya prezidenti xəbərdarlıq edib ki, Qərbin təxribatçı siyasəti münaqişənin daha da gərginləşəcəyi təqdirdə onun üçün ağır nəticələrə gətirib çıxara bilər.

Nərgiz,

Sitat.info

Seçilən
16
13
sitat.info

10Mənbələr