AZ

İranla Rusiya arasında diplomatik gərginliyə səbəb olan tələbələr AZADLIĞA BURAXILDI

Rusiyada həbs edilən iki iranlı tələbə azadlığa buraxılıb .

Bizim.Media İSNA-ya istinadən xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazım Cəlali Kazan şəhərində döyülərək həbs edilən iki iranlı tələbənin azadlığa buraxıldığını açıqlayıb.
 

Səfir İranın Kazandakı Baş konsulu Davud Mirzəxani ilə gecə yarısına qədər danışıqlarından sonra bildirib ki, tələbələrin sağlamlıq durumları yaxşıdır.


Səfirin sözlərinə görə, iranlı tələbələrə vizaların verilməsi məsələsi asanlaşdırılacaq.

Xatırladaq ki, dünən Kazan Universitetində vizaların yenilənməsi zamanı tələbələr arasında münaqişə baş verib. Daha sonra isə polisin hadisə yerinə gəlməsi ilə qarşıdurma böyüyüb.

Nəticədə iki iranlı tələbə saxlanılıb. Baş verən insidentə görə İran Rusiyaya nota ünvanlayıb.

Bizim.Media

Seçilən
10
bizim.media

1Mənbələr