AZ

Türkiyədən İraqa polad ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən İraqa polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 0,9 faiz azalaraq, 550,5 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin oktyabr ayında Türkiyə İraqa 69,8 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 16,3 faiz artıb”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 9 faiz artaraq, 13,5 milyon dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 1,2 milyon dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 4,3 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib

Seçilən
5
49
turkic.world

10Mənbələr