AZ

ABŞ və digər NATO üzvləri Rusiyaya qarşı müharibə aparır - Medvedev

“ABŞ və digər NATO üzvləri Rusiyaya qarşı genişmiqyaslı müharibəyə qoşulub. Bu, onların raketləri Kursk və Bryansk vilayətlərinə hücum üçün istifadə edildikdən sonra baş verib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Əl Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.

“Bütün bunlar hərbi münaqişənin gedişatını və baş verənləri dəyişir, çünki bu, NATO, Vaşinqton və alyansın digər üzvlərinin, əslində, ölkəmizə qarşı miqyaslı müharibə apardıqlarını göstərir", - Medvedev deyib.

O, Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadəsinin nəticələrini şərh edərkən deyib: "Bu, nəticəsiz qalmayacaq".

Medvedevin sözlərinə görə, Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsiz olmayıb.

Seçilən
0
13
bakivaxti.az

10Mənbələr