AZ

"Mançester Siti" uruqvaylı futbolçu ilə maraqlanır

İngiltərənin "Mançester Siti" klubu Portuqaliya təmsilçisi "Sportinq"də çıxış edən Maksimiliano Arauxo ilə maraqlanır.

 

Sfera.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

 

"Şəhərlilər" uruqvaylı vingeri qarşıdakı transfer dönəmlərində heyətə cəlb etməyə çalışacaq.

 

24 yaşlı futbolçunun müdafiənin də cinahında oynaya bilməsi İngiltərə klubunun diqqətini cəlb edib.

 

Qeyd edək ki, Maksimiliano Arauxo cari mövsüm bütün yarışlarda 14 matçda meydanda olub, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Sportinq"lə hazırkı müqaviləsi 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Seçilən
0
3
sfera.az

4Mənbələr