AZ

“Ögey bacımla ünsiyyət qurmaq istəsəm də, o özündən məni qovub”

“Mən atasız böyümüşəm və bu hisslərin nə olduğunu çox gözəl anlayıram. Atasız böyümək mənə kişi olmağı öyrətdi. Atasılıq mənə bir qadının simasında, vücüdunda, öz öhdənə və üzərinə ən çətin şeyləri götürməyi öyrətdi. Mən müsahibələrimdə də hər zaman demişəm ki, peşmançılıq yaxşı hiss deyil. Yəni nəyisə eləmişəmsə, eləmişəm. Belə olmadırsa belə də olmalıdır”.

OLAY yazır ki, bu sözləri müğənni Natavan Həbibi qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib.

Proqramın gedişatında sənətçinin illər əvvəl “Tanınmamış tanışlar” verilişindən müsahibəsi yayımlanıb. 

Həbibi sözügedən verilişdə atasından gileylənərək, bu sözləri dilə gətirib:

“Özüm hansısa konsertə gedəndə gözəl ailələr görürdüm. Onlara baxırdım, paxıllığım tuturdu. Məndə belə istəyirdim. İstəyirdim ki, atam və anamla harasasa gedək. Hər zaman fikirləşirdim ki, heç zaman ərə getməyəcəm, ailə qurmayacağam. Soruşurdular ki, niyə. Cavab verirdim ki, elçi gəlməlidirlər mənimdə atam yoxdur axı”.

Həmin müsahibəsini izləyən Natavan canlı yayımda kövrəlib. 

İfaçı bildirib ki, mərhum atası onun bu müsahibəsini izlədikdən sonra ondan bərk inciyib:

“Bu müsahibəni verəndə 25 yaşım vardı. Bu müsahibədən sonra atam məndən incimişdi. Bir neçə ildən sonra Türkmənistana getdim. Orada mənə dedilər ki, atanız sizdən inciyib. Amma bilmirdim nəyə görə... Sonra onunla telefonla danışanda dedi ki, o müsahibədə elə sözlər demisən ki, mən axı səni çox sevirəm. O mənə bu sözü deyəndə birdən mənə çatdı ki, mən öz ağrımı danışıb, bildirdim, amma eyni zamanda onunda qəlbini ağrıtdım. Əminəm ki, o mənim bu hisslərimi, onu bu qədər sevməyimi, axtarmağımı, ona ehtiyac duymağımı heç zaman bilmirdi, çünki mən çox soyuqqanlı idim. Mən hər zaman anam tərəfə idim, onu qoruyurdum. Elə bilirdim ki, mən atama lazım deyiləm. O heç bu müsahibəyə baxmayacaq. Sən demə nəyinki atam hətta bütün Türkmənistan o müsahibəmə efirdən baxıb. Mənim sözlərim hamıya təsir etmişdi və hamı ona qarşı olmuşdu. Yəgin ki, atama bunlar elə həmin anda çatmışdı”.

Natavan vurğulayıb ki, mərhum valideyninin ilk evliliyindən olan Alla Muradova adlı qızı ilə ünsiyyət saxlayıb, münasibət qurmağa cəhd göstərsə də, lakin qarşı tərəf onu rədd edib:

“Anamla ailə qurmamışdan əvvəl onun bir ailəsi olub. Onun ilk evliliyindən isə bir qızı olub. Anamdan ayrılandan sonra yenidən o ailəsinə qayıtmışdı. O qadın rus idi. Deyəsən sağ idi. Mənim ögey bacım hazırda Argentinada yaşayır. Bizim onunla heç bir münasibətimiz yoxdur. Heyifslənirəm ki, niyə biz belə böyümüşük, çünki qohumlarımız arasında atanın bir keçmiş bir də indiki ailəsi olan var. Uşaqları var və onlar bir yerdə böyüyürlər. Mən hər zaman istəmişəm ki, biz ünsiyyət quraq. Onu axtarmışam. Onun adı Alla Muradovadır. O istəsəydi özü bizi tapardı. O hər zaman bizi özündən qovurdu, istəmirdi bizimlə münasibəti olsun. Amma mən hər zaman istəmişəm ki, böyük bacı kimi bizə yaxın olsun. Nə olsun ki, ana, ata, problemlər və sayra... İstəyərdim ki, onunla münasibətim olsun, uşaqlarını görüm. Biz azıq. Anam, mən və bacım... Əgər o yanımızda olsaydı... Biz atamızın yadigarlarıyıq. Atamız çox hörmətli şəxsiyyət və gözəl insan idi”.

Seçilən
15
50
olay.az

10Mənbələr