Avropa qaz ehtiyatlarının azalması fonunda enerji böhranı ilə üz-üzədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, Ukraynada vəziyyətin gərginləşməsi 2024-cü ildə qazın qiymətinin təxminən 45 faiz artmasına səbəb olub.
Qeyd olunub ki, soyuq temperatur isitmə tələbini artırdığından və külək quraqlıqları elektrik enerjisi istehsalının artırılmasını tələb etdiyindən bu il qaz anbar ehtiyatları sürətlə tükənir.
Mina Mikayılova