AZ

AİB sədri: Üzərində aksiz markası olmayan spirtli içkiləri almayın!

Laosda metanol kokteyli içən 6 turist ölüb.
APA “CNN“ə istinadən xəbər verir ki, insident məşhur kurort şəhəri olan Vanq Vienqdə baş verib.
Rəsmilərin məlumatına görə, ölkənlər Böyük Britaniya, Danimarka, ABŞ və Avstraliya vətəndaşlarıdır.
Vanq Vienq polisi araşdırma üçün xüsusi əməliyyat qrupunun yaradıldığını bildirib.
İki nəfər saxlanılıb.
Bəs Azərbaycanda vəziyyət nə yerdədir? Saxta içkilərə rast gəlmək olurmu? 
Saxta içkini təmiz içkilərdən neçə seçmək olar?

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, ölkəmizdə spirtli içkilərin vəziyyəti barədə 5 il öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsi hər şeyi açıq şəkildə masanın üzərinə qoydu:

“Məlum oldu ki, ölkədə ən bahalı restoranlarda və kafelərdəki içkilər belə saxta içkilərdir. Hər birinin adları sadaladı, həbslər həyata keçirildi. Hətta məlum oldu ki, brend, bahalı içkilərin butulkalarına naməlum mayelər doldurulur və bu cür yerlərdə istehlakçılara verilir. Şübhəsiz ki, bu kütləvi və tədrici zəhərlənməyə səbəb olan hallardan biridir. Başqa ölkələrdə də bu cür vəziyyətlər yaşanır. Digər tərəfgdən hökumət spirtli içkilərin minimum qiymətini müəyyən etdi. Yən,  o qiymətdən aşağı satmaq olmaz. Bu isə yalnız saxta içki istehsalçılarına kömək edəcək. İstehlakçılar buradan heç nə qazanmayacaq. Əgər içkini içəndən sonra baş ağrısı olursa, deməli onun tərkibində sivuş yağlarının miqdarı həddən artıqdır. Əgər içəndə yuxulayırlarsa, aldehidlərin miqarı çoxdur, yəni təmizlənməyib. Spirtli içkiləri ayırd etmək o qədər də asan deyil. Bunun üçün ilk növbədə buraxılış və son istifadə tarixinə baxmaq lazımdır. Araqlar 1 il, konyaklar 3 il, şərablar isə 6 aydan artıq saxlanmamalıdır. Ümumiyyətlə insanlar tarixləri üzərində qeyd olunan spirtli içkilərə üstünlük verməlidirlər. Spirtli içkini nə qədər saxlasan o qədər yaxşı olar fikri isə səhv yanaşmadır. Bu fikir yalnız xüsusi şəraitdə saxlanılan içkilərə, yəni müəyyən çəlləklərdə, xüsusi səs, işıq və temperatur rejimində saxlanılanlara xasdır. Ümumiyyətlə spirtli içkiləri seçmək üçün tarixdən başqa aksiz markasına da baxılmalıdır. Üzərində aksiz markası olmayan spirtli içkiləri almayın!”.

Seçilən
25
sherg.az

1Mənbələr