Azərbaycanda təşkil edilən COP29 tədbirinin təşkilatçılığından razı qaldıq. Nəqliyyatın fəaliyyəti mükəmməl təşkil olunmuşdu.
Bu sözləri “İki sahil”ə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizə gələn qanalı nümayəndə Antwi-Boasiako Amoah söylədi.
O qeyd etdi ki, ümumilikdə COP29 çox yaxşı keçdi: "Beynəlxalq tədbir böyük konfrans sahəsi, yaxşı təşkil olunmuş nəqliyyat sistemi, isti insanlar və yaxşı yemək kimi amillərlər yadda qaldı".
Həmsöhbətimiz vurğuladı ki, COP29 konfransı yüksək səviyyədə keçdi: "Lakin biz hələ də əsas nəticələri gözləyirik".
Yaqut Ağaşahqızı, “İki sahil”