AZ

“ABŞ sürətlə iflasa yaxınlaşır” – Maskdan XƏBƏRDARLIQ!

“Hazırda ABŞ sürətlə iflasa yaxınlaşır”.

 

Sfera.az bildirir ki, bunu amerikalı iş adamı İlon Mask deyib. O bu barədə “X” sosial şəbəkə hesabında yazıb. İş adamı Hökumətin Effektivliyi Departamentinin (DOGE) hesabında dərc olunan yazı ilə bağlı fikirlərini bölüşüb.

 

“Amerika hazırda iflasa doğru çox sürətlə irəliləyir”, - Mask bildirib.

 

Materialda isə qeyd olunub ki, cari maliyyə ilində ABŞ-nin federal xərcləri 6,16 trilyon dollara çatacaq, gəlirləri isə cəmi 4,47 trilyon dollar olacaq.

 

“VZGLYAD” biznes nəşrinin məlumatına görə, aktiv siyasi bəyanatları ilə tanınan İlon Mask Donald Trampın hökumət kəsirini azaltmaq siyasətini dəstəkləyir.

 

Günay

Sfera.az

Seçilən
21
1
sfera.az

4Mənbələr