AZ

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Samuxda növbəti ağacəkmə aksiyası keçirilib TƏDBİR

Respublikamızın bütün bölgələrində olduğu kimi, Samux rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilir. Rayonda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiyada Samux rayon İcra Hakimiyyətinin Başçısı Firdovsi Əliyev,YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq- mühafizə orqanlarının rəhbərləri, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər.

Ağacəkmə aksiyası Ziyadlı,Seyidlər və Sarıqamış kəndlərinin ərazisində, Samux-Kür yolunun kənarında təşkil olunub.

YAP fəallarının xüsusi səliqə ilə əkdiyi tinglərin dibləri bərkidilib, suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib. Samux rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının bu təşəbbüsü, həmrəylik və ətraf mühitin qorunmasına töhfə verir. Bu tədbir həmçinin partiyanın cəmiyyətə xidmət və sosial məsuliyyət prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.

Ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Bu gün də bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Qeyd edək ki, ümumilikdə Samux rayonu üzrə 2000-ə yaxınşam və sərv ağaclarının tingləri əkilib.

Seçilən
15
sesqazeti.az

1Mənbələr