AZ

Son illərdə hansı titullu klublar ikinci liqalara düşüb? - SİYAHI

Futbol qazanılan qələbələrlə azarkeşləri sevindirir. 

Xüsusən də mövsümün sonunda çempion olmaq, kuboklar qaldırdırmaq azarkeşlər tərəfindən bayram kimi qeyd olunur. Elə futbolu sevdirən də məhz belə faktorlardır. Dünyanın müxtəlif ölkələrinin klubları tarixləri ərzində inanılmaz uğurlara imza atıblar. 

Onların hər birinin çox sayda çempionluqları var. Lakin həyat hər zaman uğurdan ibarət olmur. Gün gəlir dünyanın ən güclü, ən titullu klubları belə çox çətin dönəmlər keçirir. Elə dönəmlərdə bəzi klublar hətta ikinci liqalara belə düşürlər. 

Bu gün son illərdə ikinci liqalara düşən titullu klubları xatırlayacağıq. 

Hit.az yaxın tarixlərlərdə ikinci liqalara düşən klublardan ibarət siyahını təqdim edir:

1. "Yuventus" - 2006
2. "Atletiko Madrid" - 2000
3. "Vilyareal" - 2012
4. "Hamburq" - 2018
5. "Şalke 04" - 2021
6. "Bordo" - 2022
7. "Sent-Etyen" - 2022
8. "Lids Yunayted" - 2004
9. "Vest Xem" - 2011
10. "River Pleyt" - 2011

Pərviz

Seçilən
2
16
hit.az

10Mənbələr