“Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı xüsusi qaydalar tətbiq olunmalıdır, çünki çox əziyyət çəkirlər. Təbii ki, sərhədlərimizin bağlanması təhlükəsizliyimizlə bağlı vacib elementlərdən biridir. Hər halda bunu da anlayışla qarşılamalıyıq. Elə kateqoriyadan olan vətəndaşlarımız var ki, məsələn, tələbələr, xəstələr, xaricdə kompakt şəkildə yaşayan soydaşlarımız, onlara güzəştlər tətbiq olunmalıdır. Elə bir prosesdir ki, insanların bu qədər sıxıntıya düşmələrinə imkan vermək olmaz”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
“Burada çox sayda qohum-əqrəbası olanlar, qohumunun yanında yaşayanlar, himayəyə ehtiyacı olanlar var. Bütün bunlar mütləq öz həllini tapmalıdır. Əslində sərhəd pozuntuları yolverilməzdir, qanunsuzdur. Vətəndaşlar da çalışıb, bu qanunsuzluğa getməməlidirlər. Hər halda zəruri belə bir ehtiyacları varsa, ehtiyaclarını təmin etmək barədə düşünmək lazımdır”, – deputat bildirib.