Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində Ermənistanın baş nazirinin bəzi yüksət rütbəli məmurları “təmizləməsi”nin səbəblərindən və bu prosesin Azərbaycanla sülh müqaviləsi bağlamaqla hansı əlaqəsinin ola biləcəyindən danışıb. Müsahobəni oxucualrımıza təqdim edirik.
- Ermənistanın baş naziri bu yaxınlarda hüquq-mühafizə orqanlarının və məhkəmə sisteminin işini sərt şəkildə tənqid etdi, bundan sonra Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi, Ali Məhkəmə Şurasının rəhbərləri, İnfrastruktur naziri və Ərazi İdarəsi, Dövlət Gəlirləri Komitəsinin sədri istefa verib. Erməni mediası yazır ki, bunlar gözlənilən istefaların hamısı deyil. Ermənistan baş nazirinin bu qərarının səbəbi nədir?
- Hesab edirəm ki, bu yolla Nikol Paşinyan ilk növbədə öz hakimiyyətinin təməlinin dayanıqlığını təmin etməkdə davam edir. Amma bu halda bu amillə yanaşı, başqa biri də var. Biz bilirik ki, Ermənistan Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Vahe Kazaryan Ermənistanın hazırkı hökumət başçısının uşaqlıq dostudur. Və onları etibarlı bir əlaqə bağlayır. Eyni zamanda, bu gün respublikada postunu tərk edənlərin yerini təkcə Paşinyana şəxsən sadiq olanlar deyil, eyni zamanda, Vaşinqtonun “stavka etdiyi” adamlar tutacaq. Bunlar Paşinyanın başına nəsə gəlsə, Ermənistan hakimiyyətin Qərbə sadiqliyini və davamlılığını təmin edəcək insanlardır. Qərbə lazım olan budur. Bunlar elə adamlardır ki, fors-major vəziyyət yaranarsa, Ermənistanın güc elitasında bu gün mövcud olan status-kvonun dəyişməsinə imkan verməyəcəklər.
Hazırda Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Vahe Kazaryan müxalifətin çıxışlarını kifayət qədər sərt şəkildə boğması ilə “məşhurlaşıb” və bu mənada o, yəqin ki, indi Paşinyan üçün o qədər də əlverişli fiqura çevrilməyib. Bundan əlavə, etiraf edirəm ki, Vaşinqton onun şəxsiyyətindən razı deyil, çünki Ermənistan hökumətində kimin və necə idarə olunmasına son nəticədə yalnız ABŞ qərar verir.
Eyni zamanda, inanıram ki, Kazaryan Ermənistan İstintaq Komitəsinin keçmiş rəhbəri Argişti Kyaryamyan kimi Paşinyana yaxın olduqları üçün siyasi dəstədən düşməyəcək, onlara bu və ya digər şəkildə tələb olacaq, lakin yeni statusda.
Biz bilirik ki, bu gün Ermənistanın dövlət orqanları və güc strukturları getdikcə daha çox Qərbin nəzarətinə keçir. Əvvəla, önəmli olan odur ki, Qərb bu ölkənin Təhlükəsizlik Şurasına nəzarəti ələ keçirib, ona birbaşa MKİ agenti deyilsə belə, ən azı, Amerika və Qərb QHT-ləri sistemindən keçmiş bir şəxs rəhbərlik edib. Bəli, Qərb öz mövqeyini gücləndirir və bu tendensiya tamamilə göz qabağındadır.
Erməni mətbuatında Paşinyanın növbədənkənar seçkilər keçirmək niyyəti ilə bağlı “təmizləmə əməliyyatları” təşkil etməsi- seçkinin 2026-cı ildən gələn 2025-ci ilə keçirilməsi ilə bağlı versiyalar var. Deyirlər ki, o, Ermənistanda hər şeyin yaxşılığa doğru dəyişdiyini, korrupsiyaya qarşı mübarizənin getdiyini ictimaiyyətə nümayiş etdirmək istəyir. Və beləliklə, yenidən ictimai dəstək qazanır.
Bu versiya olduqca işlək görünür. Paşinyan üçün, əgər həqiqətən növbədənkənar seçki planını həyata keçirirsə, onun hakimiyyətinin güc strukturunun sabit olması və vəziyyəti dəyişmək üçün istənilən cəhdlərə sərt şəkildə müqavimət göstərməyə hazır olması vacibdir. Gördüyümüz kimi, bu işdə Qərb ona kömək edir.
Bundan başqa, belə bir versiya var ki, Paşinyan növbədənkənar parlament seçkiləri keçirdikdən və bununla da əhali arasında legitimliyini təsdiqlədikdən sonra ölkə Konstitusiyasının dəyişdirilməsi və Azərbaycana qarşı ərazi iddialarının oradan çıxarılması prosesinə keçəcək. Bundan sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər. Belə bir ehtimal var. Bunun baş vermə şansı 50/50-dir, hər şeyin belə olub-olmayacağını söyləmək hələ də çətindir. Ermənistan bu gün elə bir ölkədir ki, nəyisə proqnozlaşdırmaq və bu və ya digər qərarın elan olunsa belə, mütləq həyata keçiriləcəyini iddia etmək çətindir. Bir şans var, amma bunun həqiqətən necə olacağını görəcəyik.
Məlum olduğu kimi, Azərbaycan sülh sazişinin hər hansı qısaldılmış ilkin variantını imzalamaq niyyətində deyil. Bu, Azərbaycanın siyasi mövqeyinin əsasıdır ki, yalnız tam hüquqlu, hüquqi cəhətdən şəffaf və Azərbaycanın mövqelərini qoruyan, Prezident İlham Əliyevin təklif etdiyi 5 əsas prinsipə əsaslanan vicdanlı sülh müqaviləsi imzalanacaq. Azərbaycan Respublikası üçün vacib olan məqamları istisna edən bir növ ilkin aralıq razılaşma mümkün deyil. Yeri gəlmişkən, belə bir razılaşma Rusiyaya da yaraşmır.
- Paşinyan Trampa zəng edərək onu ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Bu hansı niyyətlə edilib?
- Trampı gələcək siyasi oyununa cəlb etmək üçün. Yaxşı, zəng etdin, sonra nə? Çox adam Trampa zəng edib. Bəs bu nədir? Tramp gözlənilməz fiqurdur. Amma ABŞ-ın erməni lobbisini proqnozlaşdırmaq olar. Artıq o, ABŞ-ın yeni administrasiyasının əsas nazirlik və idarələrinə rəhbərlik edəcək yeni fiqurlara yanaşmalar axtarır ki, Azərbaycanın zərərinə ermənipərəst mövqe tutmaq üçün öz təsir rıçaqlarına sahib olsun.
- Tramp iddia edir ki, o, Ukrayna ətrafında münaqişəyə son qoymaq istəyir. Biz Paşinyanın Rusiyaya müraciət edə bilməyən Kiyevi dəstəkləmək prinsipinə necə əməl etdiyini görürük. Bu yaxınlarda Budapeştdə o, Zelenski və Ursula fon der Leyen ilə üçtərəfli formatda əlaqə saxlayıb. Ötən gün Paşinyanın həyat yoldaşı İtaliyada ukraynalı uşaqları ziyarət edib.
- Bu, xəbər deyil, ardıcıl siyasətdir. Paşinyanın həyat yoldaşının əvvəllər Kiyevə necə getdiyini, Zelenskinin arvadı ilə necə görüşdüyünü xatırlayırıq. Və Ukraynaya qarşı bu sərtliklər- Rusiya onları çoxdan görür və onların qanunauyğunluğunu görür. Ermənistanın baş naziri Belarus müxalifətinə qarşı da eyni yanaşır. Nəhayət, Paşinyan Zaqafqaziyada sabitliyin əsas bəlası deyil. Əsas pislik təkcə Qərbin Cənubi Qafqazda öz nizam-intizamı tətbiq etmək cəhdləri deyil, həm də onunla birgə özlərini geosiyasətin müstəqil subyekti kimi formalaşdıran və təqdim edən və çox vaxt bu prinsiplərə əsaslanan “Miatsum” və digər tarixi fobiyaların ideyaları haqqında qərarlar qəbul edən aqressiv, revanşist, millətçi dünya erməniləridir.
Tərcümə - Elçin Bayramlı