M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı kompleksində təmir işləri həyata keçiriləcək.
Redaktor.az bu barədə trend.az-a istinadla xəbər verir.
Dövlət satınalmalarının vahid internet portalına görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasını "NN Constraction" MMC-yə həvalə edib və onunla dəyəri 791.264,3 AZN (791 min 264 manat 3 qəpik) olan müqavilə bağlayıb.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan "NN Constraction" MMC-nin qanuni təmsilçisi Məcidzadə Niyaməddin Cəlil oğludur.