AZ

 Qəzada ölən 9 yaşlı azarkeşin məzarını ziyarət etdilər - VİDEO

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk və futbolçuları Avropa Liqasında keçirilən “Tottenhem”lə oyuna gələrkən qəzada həyatını itirən 9 yaşlı Yiğit Kurtun məzarını ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul klubunun üzvləri onun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Yiğit Kurt atası ilə Bodrumdan İstanbula gələrkən qəzaya uğrayıblar. O, xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyib. Y.Kurtun ailəsi bir müddət öncə açıqlama verərək “Qalatasaray” üzvlərini övladlarının məzarı üstə görmək istədiklərini bildirmişdi. Ötən gün komanda heyəti onun məzarını ziyarət etmək üçün Bodruma yollanıb.

Seçilən
1
3
bakivaxti.az

4Mənbələr