AZ

NATO müharibəni alovlandırmağı dayandırarsa... - Medvedev

NATO

NATO müharibəni alovlandırmağı dayandırarsa, Ukraynadakı münaqişə bəşəriyyət üçün heç bir xərc tələb etmədən başa çata bilər.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya” telekanalına müsahibəsində deyib.

"Əgər NATO bloku real mövqedə dayanarsa, Ukraynada müharibə alovunu yandırmağa son qoysalar, bu münaqişə bəşəriyyət üçün heç bir xərc çəkmədən, ən azı yeni xərclər olmadan başa çatdırıla bilər”, o, nüvə silahından istifadə imkanlarını şərh edərkən deyib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, Rusiya nüvə silahının istifadəsini istəmir, bu, “ifrat variantdır” və prezident Vladimir Putinin imzaladığı yenilənmiş nüvə doktrinasının müddəalarından çıxış edəcək.

“Burada qərarı, əlbəttə ki, ali baş komandan, yəni ölkə prezidenti verir, lakin bu, o demək deyil ki, bu risklər geri dönməzdir”.

Cavid

Seçilən
21
xalqcebhesi.az

1Mənbələr