AZ

Harri Keyn Bundesliqa rekordu qırdı

style='margin-bottom:10px;'>

"Bavariya"nın futbolçusu Harri Keyn Bundesliqada yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, 31 yaşlı hücumçu ötən gecə Bundesliqanın 11-ci turunda "Auqsburq"la oyunda het-trik edib.

Nəticədə o, Almaniya çempionatında vurduğu qolların sayını 50-yə yüksəldib. Keynə bu göstəriciyə çatmaq üçün cəmi 43 matç lazım olub. 

Nəticədə Harri "Borussiya"nın (Dortmund) sabiq futbolçusu Erlinq Haalandı geridə qoyub və yeni rekord qırıb. Hazırda "Mançester Siti"nin formasını geyinən Haaland Bundesliqada 50 qol həddinə 50 matça çatmışdı. 

Qeyd edək ki, Harri Keyn ötən ilin yayında "Tottenhem"dən "Bavariya"ya keçib. 

Seçilən
10
1
teleqraf.com

2Mənbələr