AZ

Trampın maliyyə naziri açıqlanıb

Tramp, Bessentin hekayəsinin “Amerika arzusu”nun nümunəsi olduğunu bildirib

Yeni dövr üçün yaradacağı kabinet üçün təyinatlarını elan etməyə davam edən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, sosial media platforması "Truth Social"-da verdiyi açıqlamada: “Scott Bessentin Amerika Birləşmiş Ştatlarının 79-cu Maliyyə Naziri vəzifəsinə namizədliyini irəli sürməkdən çox məmnunam" deyə qeyd edib.

Sherg.az xəbər verir ki, Bessentin dünyanın aparıcı beynəlxalq sərmayəçiləri, geosiyasi və iqtisadi strateqlərindən biri kimi böyük hörmətə sahib olduğunu bildirən Tramp, Bessentin hekayəsinin “Amerika arzusu”nun nümunəsi olduğunu bildirib.

Bessentin “Öncə Amerika” gündəminin güclü müdafiəçisi olduğunu vurğulayan Tramp deyib:

“Böyük ölkəmizin 250 illik yubileyi ərəfəsində mən dünyanın aparıcı iqtisadiyyatı, innovasiya və sahibkarlıq mərkəzi və kapital üçün ən cəlbedici məkan kimi mövqeyimizi möhkəmləndirməklə Birləşmiş Ştatları yeni Qızıl Əsra aparmağa kömək edəcəyəm. ABŞ dollarının dünya ehtiyat valyutası statusunu heç şübhəsiz qoruyaraq “Keçmiş administrasiyalardan fərqli olaraq, biz heç bir amerikalının növbəti, ən böyük iqtisadi bumda geridə qalmamasını təmin edəcəyik və Skott mənim və ABŞ-ın böyük xalqı üçün bu səylərə rəhbərlik edəcək".

Administrasiyasının Amerika kapital bazarlarına “azadlıq, güc, davamlılıq və səmərəlilik” bərpa edəcəyini ifadə edən Tramp, özəl sektoru canlandıracaqlarını və federal borcun dayanıqsız gedişatının qarşısını almağa kömək edəcəklərini bildirib.

Tramp ABŞ-ın rəqabət qabiliyyətini artırmaq, ədalətsiz ticarət balanssızlıqlarını aradan qaldırmaq və qlobal enerji hökmranlığı vasitəsilə böyüməyə üstünlük verən iqtisadiyyat yaratmaq üçün Bessentin siyasətini dəstəkləyəcəyini bəyan edib.

Scott Bessent vəzifəyə başlamazdan əvvəl Senatdan təsdiq almalıdır.

SCOTT BESSENT KİMDİR?

62 yaşlı Scott Bessent Trampın Xəzinədarlıq Departamentinə namizəd olan dörd namizəddən biri idi.

1991-2015-ci illərdə Corc Sorosda işləyən Bessent 2015-ci ildə "Key Square Capital"-ı təsis edib.

Bessent 1992-ci ildə çökən Britaniya funtu və 2013-cü ildə zəifləyən Yapon yenisi ilə bağlı mövqeləri ilə tanınır.

Kamala Harrisin prezident olacağı təqdirdə iqtisadiyyatın çökəcəyini deyən Bessent açıq şəkildə Trampı dəstəkləyib.

Trump administrasiyasını hökumət borclarını azaltmağa çağıran Bessent, Co Baydenin ikiüzlü enerji keçidi investisiya siyasətlərində islahat tələb etdi.

Trampın ətrafındakı bəzi mühafizəkarların və MAGA tərəfdarlarının Soros işinə görə Bessentə qarşı çıxdığı iddia edilib.

Bessent Xəzinədarlıq naziri olmasaydı, Milli İqtisadi Şuranın prezidentliyinə namizəd ola biləcəyi barədə şayiələr yayılmışdı.
Seçilən
9
sherg.az

1Mənbələr