Türkiyədə bir təhsil müəssisəsində süni intellektlə inteqrasiya olunmuş insanabənzər robot şagirdlərə dərs keçməyə başlayıb.
Publika.az xəbər verir ki, Ada adlı robot dərslərdə köməkçi müəllim kimi şagirdlərin suallarını cavablandırıb.
Təhsil müəssisəsində çalışan Murat Erkol bildirib ki, imtahan motivasiyası, tələbə inkişafı və tez sual həll etmə kimi qabiliyyətlərindən yararlanmaq üçün robot Adadan istifadə etməyə başlayıblar.
O, Adanın təlimatçı kimi şagirdlərlə maraqlandığını qeyd edib.