Türkiyənin İstanbul şəhərində eysan və güclü külək fəsadlara səbəb olub.
Modern.az-ın məlumatına görə, şəhərin bəzi yerlərində ağaclar yola aşıb, binaların damı uçub, nəqliyyatın hərəkəti dayandırılıb.
Şəhərin şimal hissələrində qar yağmağa başlayıb.
Fırtına səbəbindən şəhərdə uçuşlar dayandırılıb.