Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın atdığı yeni “Oreşnik” raketi ilə bağlı açıqlamalar verib.
Ukraynanın “yeni risklərə” qarşı çıxmaq üçün yeni hava hücumundan müdafiə növlərini inkişaf etdirməyə çalışdığını bildirən Zelenski, “Mənim adımdan Ukraynanın müdafiə naziri tərəfdaşlarımızla həyatı yeni risklərdən qoruya biləcək yeni hava hücumundan müdafiə sistemləri haqqında danışıqlar aparır .
Rusiyanı günahlandıran Zelenski , “Kimsə başqa ölkələri təkcə terrorizm üçün deyil, həm də terror aktları vasitəsilə yeni raketlərini sınaqdan keçirmək üçün istifadə etməyə başlayanda, bu, açıq şəkildə beynəlxalq cinayət sayılır ”,- deyə qeyd edib.
Zelenski bəyanatında Qərb ölkələrinə müraciət edərək vurğulayıb ki, Putinə ciddi cavab verilməlidir ki, o, həqiqətən də müharibəni genişləndirməkdən qorxsun və hərəkətlərinin nəticələrini hiss etsin.