AZ

Natavan: "Dadonu "qara siyahı"ya atmışam"

Müğənni Natavan Həbibi keçmiş həyat yoldaşı, reper Dado haqqında etiraflar edib...

Axşam.az xəbər verir ki, sənətçi "Zaurla Günaydın" verilişində son günlər küsülü olduqlarını deyib:

"Dadonu "qara siyahı"ya atmışam. 4 həftədir bir-birimizi qırmışıq. Özünü yaxşı aparsa çıxardaram, zəng edər. Hər şey yaxşıdır. Belə münasibəti davam etdirmək çətindir. Yaxşı ki, eyni camiyədənik. Bir-birimizi hardasa anlayırıq. Evlənəndə fikirləşirdim ki, ondan yaxşı məni anlayan olmaz. Əsasən də rep azadlıqdır. Söhbətlərimiz onun üstündə başlamışdı ki, studiyaya keç".

Natavan Dadonun oğlu Zeydlə münasibətindən danışıb: "Bir-birilərini çox istəyirlər. Hər gün atasını soruşur, onu öyrədən də yoxdur. Onların arasına girmək yaxşı olmaz. Atasız böyümüşəm, atasızlıq nədirsə yaxşı bilirəm. Atasızlıq mənə qadının vücudunda kişi olmağı öyrətdi"

Poliqon.info

Seçilən
1
5
poliqon.info

6Mənbələr