AZ

Ekspert: Vətəndaşların kompensasiyası qanunla tənzimlənir

Bakıda yeni yaşayış binaları tikiləcək.
KONKRET.az xəbər verir ki, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində, 2532-ci məhəllədə “Orbita” MTK tərəfindən yeni yaşayış binaları tikiıəcək.
Bundan əlavə, Suraxanı rayonu Yeni Günəşli “D” yaşayış sahəsi, 27 saylı binanın şimal hissəsində yerləşən “Etibarlı” MTK tərəfindən daha bir yaşayış binaları tikiləcək.
Qeyd edək ki, tikinti layihələri təsdiqləndikdən sonra proses başlayacaq.

 Məsələ ilə bağlı "Sherg.az"a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, yaşayış binalarının tikilməsi “Orbita” MTK -nın sərəncamı ilə həyata keçirilir:

“Sərəncamda nə kimi dəyişiklərin olduğunu bilmirəm. Lakin indiki inşaat normativləri ilə o vaxtkılar eyni deyil. Tikinti şirkətinin orada yerləşən iki mərtəbəli binaların köçürülməsi ilə bağlı təcrübəsi var. Vətəndaşlara tikiləcək binalardan mənzil kimi kompensasiya təqdim edilib. Ola bilər ki, bəzi şəxslər kompensasiyanı mənzil əldə edərək razılaşmayıb. Bildiyimə görə məzil ilə razılaşmayanların bəziləri ilə qanuni qaydada pul qarşılığında alqı-satqı olub. Düşünürəm ki, proses bu qayda ilə davam edəcək. İlk növbədə vətəndaşların kompensasiyası qanunla tənzimlənir. Kompensasiya olmalıdır ki, vətəndaşlar öz mənzilləri ilə yeni tikilinin əvəzolunmasına və ya, pul qarşılığında satılmasına razı olsunlar. Razı olmadıqları təqdirdə qanunla mənzillərin sökülməsinə yol verilmir. Bildiyim qədəri ilə “ORBİTA” MTK ilə ciddi problemlər yaşanmayıb”.
Seçilən
19
sherg.az

1Mənbələr