Olaylar.az xəbər verir ki, o bu barədə "Financial Times"a müsahibəsində bildirib.
"Tramp Rusiyada Şimali Koreya əsgərlərinə baxıb gördüyü tamam başqa şeydir və Rusiyanın əsas köməkçiləri Çin və İrandır. Düşünürəm ki, o, başa düşməyə bilməz", - Kosta qeyd edib.
Avropa Şurasının gələcək rəhbəri, həmçinin Trampın Ukrayna münaqişəsinə son qoymaq vədini xatırladıb və etiraf edib ki, Trampın Rusiya-Ukrayna münaqişəsini "24 saat ərzində" başa çatdırmaq vədini necə həyata keçirəcəyi ona maraqlıdır.
Kosta qeyd edib ki, o da sülhə nail olmaq istəyir, lakin "ədalətli şəkildə, davamlı sülhü təmin etməklə, nəinki nahar müddətində".
Qeyd edək ki, Antonio Kosta rəsmi olaraq dekabrın 1-də vəzifəsinin icrasına başlayacaq. O, əvvəllər Lissabonun meri olub və sonra 2024-cü ilin aprel ayına qədər ardıcıl üç dəfə Portuqaliya hökumətinə rəhbərlik edib. Xəbər verdiyi kimi, onun ailəsi Portuqaliyada diktatura rejiminə qarşı fəal mübarizə aparıb, atası isə gizli kommunist fəalı olub.