Yağış və güclü külək Türkiyənin böyük şəhərləri - İstanbul, Ankara və Antalyada hava nəqliyyatında fasilələrə səbəb olub.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Beynəlxalq Hava Limanına və Sabiha Gökçen Hava Limanına həyata keçirilməsi nəzərdə tutulan reyslərin bir hissəsi təyinat məntəqələrində eniş edə bilməyib.
Buna görə də bir sıra təyyarələr İzmir də daxil olmaqla digər şəhərlərə yönləndirilib.
Qeyd edək ki, Türkiyənin Fövqəladə Hallar Departamenti ölkənin 81 vilayətindən 44-də sarı və narıncı meteoroloji təhlükə xəbərdarlığı elan edib.
Bizim.Media