AZ

Gürcüstan Prezidenti: Xalq müxalifətdən də RAZI DEYİL

Gürcüstan Prezidenti Salome Zurabişvili parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifətdən narazılığını bildirib.

Modern.az-ın məlumatına görə, Zurabişvili bu barədə yerli kanallara müsahibəsində danışıb.

Onun sözlərinə görə, siyasi partiyalar küçə etirazlarına yox, seçkilərə hazırlaşıblar.

“Heç kim müxalifətdən razı deyil - nə mən, nə də əhali, çünki müxalifət başqa şeyə hazır idi. Biz nizamnaməyə uyğun fəaliyyət planını, hansı qanunların qəbul edilməli olduğunu, növbəti seçkilərə necə getməli olduğumuzu bilirdik”, - deyə Prezidenti qeyd edib.

Gürcüstanda seçkilər oktyabrın 26-da keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu” partiyası 89 mandat (53,93% səslə) əldə edib. Səsvermənin ertəsi günü müxalifət seçkilərdə saxtakarlıq olduğunu elan edib və Prezidentin də iştirak etdiyi etiraz aksiyaları keçirilib. Müxalifət koalisiyaları alternativ parlament yaratmaq niyyətindədirlər.

Seçilən
1
4
korrespondent.az

10Mənbələr