Amerikalı mütəxəssislər oturaq həyat tərzini təhlükəli yaşam adlandırıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafına səbəb olub. Oturaq həyat tərzi bir sıra sağlamlıq fəsadlarına səbəb olduğu üçün qlobal problem kimi sayılır. Tədqiqatçılar 60 yaşdan yuxarı 100 mindən çox insanın iştirak etdiyi eksperiment aparıb. Könüllülərdən akselerometrləri bir həftə, gündə 24 saat taxmaq istənilib. Bu cihazlar onların bütün hərəkətlərini qeydə alıb.
Mütəxəssislər təcrübənin nəticələrini maşın öyrənmə alqoritminə yükləyib. Tədqiqatçılar həmçinin demensiyanı kimin inkişaf etdirdiyini öyrənmək üçün xəstəxana qeydlərindəki məlumatlara baxıblar.
Məlum olub ki, 6 il ərzində bu xəstəliyə 414 yoluxma halı qeydə alınıb. Demoqrafik vəziyyətə və həyat tərzinə düzəliş etdikdən sonra tədqiqatçılar gündə 10 saatdan çox hərəkətsiz vaxt keçirən yaşlı insanlar arasında demans riskinin əhəmiyyətli dərəcədə artdığını aşkar edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta