Aktual.az xəbər verir ki, müvafiq normalar Rusiya prezidentinin vətəndaşlıq məsələləri ilə bağlı fərmanında təsbit edilib.
Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən verilən məlumata görə, bu kateqoriyadan olan vətəndaşların andiçmə müddəti noyabrın 22-də başa çatıb:
"2024-cü il noyabrın 23-dən etibarən belə şəxslər Rusiya vətəndaşlığını almamış hesab olunacaq və onların Rusiya vətəndaşlığına qəbulu ilə bağlı qərarlar qüvvədən düşəcək”.
Bu qərar yalnız 2017-ci il 1 sentyabrdan sonra Rusiya vətəndaşlığı alan şəxslərə şamil ediləcək.