AZ

İndoneziya hakimiyyəti ölkəyə investisiya yatırmaq üçün Apple-dan 100 milyon dollardan çox tələb edir

İndoneziyaya iPhone 16-nın idxalına qadağa qoyulduqdan sonra Apple iki il ərzində ölkə iqtisadiyyatına 100 milyon dollar sərmayə qoymağı və öz ərazisində öz cihazları üçün komponentlərin istehsalına başlamağı təklif edib.

CNBC-nin yerli mediaya əsaslanan xəbərlərinə görə, İndoneziya rəsmiləri daha çox tələb edirlər. Bildirilir ki, “Apple” ölkədə satılan qadcetlər üçün 40% lokalizasiyanı təmin etməlidir – “Apple” məhsulları hazırkı formada bu tələblərə cavab vermir.

Qeyd edək ki, keçən cümə axşamı danışıqlarda İndoneziya rəsmiləri şirkətin təklif etdiyindən daha ciddi lokallaşdırmada israr etdilər. Apple bundan əvvəl də İndoneziyada proqram tərtibatçıları üçün tədqiqat və təlimləri maliyyələşdirmək üçün 100 milyon dollar sərmayə qoymağı təklif etmişdi. Bundan əlavə, şirkət 2025-ci ilin iyul ayından başlayaraq öz cihazları üçün komponentlərin, o cümlədən AirPods Max üçün mesh qulaqlıqların istehsalına başlamağı planlaşdırır. Bununla belə, yerli hakimiyyət sərmayənin həcminin artırılmasını və istehsalın lokallaşdırılmasının genişləndirilməsini təkcə komponentləri deyil, həm də hazır Apple aksessuarlarını əhatə etməyi tələb edib. Müzakirələr nəticəsində şirkətin hansı qərarı verdiyi hələlik məlum deyil.

//Gülnarə Abasova, Editor.az

Seçilən
10
1
editor.az

4Mənbələr