AZ

Qlobal istiləşmənin fəsadları — Buğda və qarğıdalı təhlükə altındadır...

Günü-gündən istiləşən dünyada kənd təsərrüfatı məhsulları da təhlükə altındadır. Kənd təsərrüfatı ərazilərində kəskin hava şəraiti məhsuldarlığın ciddi şəkildə azalmasına səbəb olur. Araşdırmalara görə, gələcəkdə daha təsirli tədbirlərin görülməsi və davamlı kənd təsərrüfatı təcrübələrinin təşviqi qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm yer alır.

"El Nino" təbii fəlakəti ilə yanaşı, qlobal istiləşmə ilə birlikdə önümüzdəki illərdə istiləşmə daha çox hiss olunacaq. Qış ayları daha qısa olacaq. Lakin bu vəziyyət təkcə havanın temperaturunu deyil, həm də kənd təsərrüfatı məhsullarını, yəni ərzaq təhlükəsizliyini təhdid edir. Üstəlik, bu təhlükə sadəcə proqnoz olaraq qalmayacaq.

Demokrat.az bildirir ki, "Nature Communications" jurnalında dərc olunan araşdırma nəticəsində məlum olub ki, qlobal istiləşmə və ekstremal hava hadisələri kənd təsərrüfatı istehsalı və ərzaq təhlükəsizliyi üçün ciddi təhlükələr yaratmağa başlayıb.

Tədqiqatda verilən çoxsaylı nümunələrdən biri 2010-cu ilin təcrübəsi idi. Həmin il Rusiyada rekord qıran səth temperaturu yaşanıb, dağıdıcı daşqınlar Pakistanda böyük əkinçilik sahələrini bürüyüb və reaktiv axın troposferin bir az altındakı geniş ərazilərdə güclü şəkildə artmağa başlayıb. Bu hadisələr yüksək hündürlüklərdə və eyni zamanda geniş ərazilərdə baş vermiş, məhsul itkisi ilə nəticələnmişdir.

Araşdırmalar bu təhlükənin qlobal qida sistemlərinə təsirlərini ortaya qoyur.

Qlobal istiləşmənin təsiri ilə tez-tez müşahidə edilən ekstremal hava hadisələri özünü həm quraqlıq, həm də həddindən artıq yağıntı şəklində göstərir. İstilik dalğaları kənd təsərrüfatı ərazilərində quraqlığa və su ehtiyatlarının azalmasına gətirib çıxarır, nəticədə məhsuldarlıq aşağı düşür. Eyni zamanda həddindən artıq yağıntılar kənd təsərrüfatı sahələrini sel və daşqınlarla məhv edir, məhsul itkisinə səbəb olur.

İndi araşdırmalar göstərir ki, bu hadisə daha böyük təhlükələrə səbəb olacaq. Tədqiqatçıların fikrincə, eyni vaxtda baş verən bu hava hadisələri əsas taxıl istehsal edən rayonlarda taxıl məhsullarını vurur və ərzaq təhlükəsizliyinə ciddi təhlükə yaradır. Qarğıdalı və buğda istehsalının böyük hissəsini təşkil edən bu bölgələrdə kənd təsərrüfatı istehsalının azalması bütün dünyada ərzaq tədarük zəncirlərinə mənfi təsir göstərə bilər. 

Ekspertlər bu təhdidlərə qarşı görüləcək tədbirlərin və iqlim dəyişikliyi ilə mübarizə strategiyalarının aktual olduğunu vurğulayırlar. Kənd təsərrüfatı sektorunun davamlı üsullarla və daha davamlı məhsul növləri ilə gücləndirilməsinin vacibliyinə diqqət çəkilir. Bu araşdırmalar qlobal istiləşmə və hava hadisələrinin kənd təsərrüfatı sektoruna təsirlərinin başa düşülməsi və gələcək ərzaq təhlükəsizliyi üçün tədbirlər görülməsi baxımından əhəmiyyətli bir xəbərdarlıqdır. Alimlər diqqəti iqlim dəyişikliyi ilə mübarizə və bütün dünyada davamlı kənd təsərrüfatı təcrübələrini təşviq etmək ehtiyacına yönəldirlər. Yalnız bu yolla gələcək ərzaq təhlükəsizliyi üçün daha möhkəm və dayanıqlı əkinçilik sistemi yaradıla bilər.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
21
demokrat.az

1Mənbələr