Ukrayna ballistik raketlər yaratmaq üzərində işləyir.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ukraynanın strateji sənayelər nazirinin müavini Anna Qvozdyar "Voll Strit Jurnal"a açıqlamasında deyib.
O bildirib ki, Kiyev öz raket sistemlərinin yaradılması və istehsalı sahəsində bütün detalları ciddi şəkildə təsnif edib.
Həmçinin Qvozdyarın sözlərinə görə, yaxın gələcəkdə yeni silahlar da sınaqdan keçiriləcək./Axar.az/