Yazını böyüt
Yazını kiçilt
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunub.
Bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bunlar, Xəyyam Fəxrəddin oğlu Məmmədov (birinci müavin), İlham Üzeyir oğlu Bayramov və İlqar Tapdıq oğlu Gülməmmədovdur.
Qurumda iclas keçirilib və müavinlər kollektivə təqdim edilib.