"Mançester Yunayted"in yarımmüdafiəçisi Kristian Eriksen karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Tribalfootball" yayıb.
Mənbənin məlumatına görə, danimarkalı ilə "Fənərbağça" klubu ciddi maraqlanır. İstanbul nəhnginin baş məşqçisi Joze Mourinyunun yarımmüdafiəçini komandasında görmək istədiyi bildirilir.
"Fənərbağça"nın yeni ildən əvvəl transferini tamamlamağa ümid etdiyi Eriksen "Mançester Yunayted"in yekun qərarını gözləyir.
Eriksen artıq 2022-ci ilin yayından manikuanların şərəfini qoruyur.
Mirağa