"GiveMeSport" tarixin ən yaxşı tennisçilərinin reytinqini dərc edib.
Publika.az xəbər verir ki, 24 qat Böyük Dəbilqə qalibi, hazırda ATP reytinqində 7-ci yeri tutan Novak Cokoviç siyahıya başçılıq edir.
İkinci yeri Böyük Dəbilqə turnirlərində 20 qələbəsi olan əfsanəvi İsveçrə idmançısı Rocer Federer tutur. Federer 2020-ci ildə karyerasını başa vurub.
Başqa bir əfsanə Rafael Nadal "ilk üçlüy"ü qapayır. O da bir neçə gün öncə karyerasını başa vurub.