AZ

Tramp ABŞ qoşunlarını Suriyadan çıxara bilər - Hakan Fidan

ABŞ-dəkı Respublika administrasiyası , yəni Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxarılması layihəsini praktiki olaraq həyata keçirə bilər.

Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"Əslində Suriyada 800 əsgərin olması ABŞ-yə o qədər də xeyir gətirmir. Əksinə, onların regionda olması Amerikanın hərbi əməliyyatlarına ancaq mane olur. Çünki İran silahlı birləşmələrinə və ya İrana qarşı hər hansı bir hərəkət ona gətirib çıxarır ki, Suriya və İraqdakı bu Amerika əsgərləri orada praktiki olaraq girov olurlar. Respublikaçılar bu planı həyata keçirmək imkanı əldə edəcəklər, mənim qiymətləndirməm budur ki, bu məsələdə müsbət addımlar atıla bilər”, - deyə Fidan deyib.

O xatırladıb ki, Donald Trampın administrasiyası birinci prezidentliyi dövründə əsgərləri Suriyadan çıxarmağa çalışıb, lakin hərbi rəsmilərin müqaviməti ilə üzləşib. 

Türkan İSGƏNDƏRLİ

Seçilən
18
redaktor.az

1Mənbələr