AZ

1,7 trilyon kəsir: ABŞ sürətlə müflisləşir: - Mask

Amerikalı milyarder və sahibkar İlon Mask ABŞ-ın sürətlə müflisləşməyə doğru getdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, o, bu barədə ABŞ-ın dövlət büdcəsi ilə bağlı problemlərin həllinin zəruriliyi barədə Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) bəyanatına cavab olaraq X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

DOGE-nin paylaşımında qeyd olunur ki, 2001-ci ildən bəri ABŞ büdcəsində profisit müşahidə olunmayıb. 2023-cü ildə ölkə hökumət 6,16 trilyon dollar xərcləyib, lakin yalnız 4,47 trilyon dollar əldə edib. Departamentdə ABŞ-ın dövlət büdcəsinin balanslaşdırılmasına çağırılıb.

“Amerika hazırda iflasa doğru gedir”, - İ.Mask qeyd edib.

Seçilən
2
11
axar.az

10Mənbələr