AZ

Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu

Bakıda qəza törətdikdən sonra "100-150 qram arağ içmişəm" deyən sürücü həbs edilib. 

Ölkə.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, 17 noyabr 2024-cü il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsində qəza baş verib. 

Belə ki, Masallı rayonunun Ərkivan qəsəbəsində qeydiyyatda olan F.G. "Hyundai Sonata" markalı avtomobillə hərəkətdə olarkən BMW markalımaşınla toqquşub. Nəticədə hər iki avtomobilə ciddi zərər dəyib. 

F.G. barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmədə sürücü hadisədən əvvəl 100-150 qram spirtli içki qəbul etdiyini etiraf edərək, barəsində yüngül tənbeh tədbirinin seçilməsini xahiş edib. 

Məhkəmənin qərarı sərxoş halda qəza törədən sürücü barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 15 gün müddətinə inzibati həbs tətbiq olunub. 

Seçilən
1
3
olke.az

10Mənbələr