AZ

"Hyundai"avtomobillərində ciddi təhlükə aşkarlandı

Koreyanın "Hyundai" şirkəti ABŞ-də 145 min elektromobilini geri çağıracaq.

Avtosfer.az xəbər verir ki, bu barədə "Motor1" nəşri ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasına (NHTSA) istinadən xəbər verir.

Məlumata görə, buna səbəb avtomobilin hərəkəti zamanı mümkün güc itkisi riskidir.

Qeyd olunub ki, avtomobillərdə quraşdırılmış şarj idarəetmə blokunun zədələnməsi ilə bağlı problem aşkarlanıb. Bu qüsur 12 voltluq batareyanın gücünün qəfil dayanmasına və dartma qabiliyyətinin itirilməsinə səbəb ola bilər ki, bu da qəzaya gətirib çıxarır. Söhbət "Hyundai IONIQ 5" və "Hyundai IONIQ 6", həmçinin 2022-ci ildən 2025-ci ilə qədər elektrikləşdirilmiş "Genesis GV60", "Genesis GV70" və "Genesis G80" modellərindən gedir.

Zədələnmiş komponentlərin dəyişdirilməsi üzrə bütün işlər pulsuz həyata keçiriləcək.

(oxu.az)

Seçilən
4
1
avtosfer.az

10Mənbələr