Dünyanın ticarət və texnologiya nəhəngi Çin 9 ölkəni birtərəfli vizadan azad etmə proqramına daxil edib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada Bolqarıstan, Rumıniya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya, Malta, Estoniya, Latviya və Yaponiya vətəndaşlarının viza liberallaşdırılmasından yararlanacaqları bildirilib.
Yeni qaydaya görə, Çinə ümumvətəndaş pasportuyla gələn xarici vətəndaşlar 30 noyabr 2024-cü il və 31 dekabr 2025-ci il tarixləri arasında Çinə vizasız gedə biləcəklər.
Əli Hüseynov