Lionel Messinin formasını geyindiyi "İnter Mayami"nin yeni baş məşqçisi müəyyənləşmək üzrədir.
Sportal.az xəbər verir ki, ABŞ klubunun Xavyer Maskeranonun çalışdıracağı gözlənilir. Bu barədə Argentina mətbuatı məlumat yayıb.
Hazırda ölkəsinin U-20 yığmasına rəhbərlik edən 40 yaşlı mütəxəssislə razılıq əldə olunduğu bildirilir.
Argentina milli komandasının və "Barselona"nın sabiq üzvü olan Maskeranonun yığma ilə müqaviləsi bu ilin sonunda başa çatır.
saytlarin hazirlanmasi