Bakı. Trend:
Azərbaycanda keçirlən COP29 konfransı ilə əlaqədar BelçikaParlamentinin bir sıra deputatları Azəbaycan Hökumətinə və COP29-daiştirak edən Belçika nümayəndə heyətinə qərəzli bəyanatlar vəəsassız iddialarla müraciət ediblər. Belçika Parlamentinindeputatları tərəfindən irəli sürülən bu bəyanatlarla tanış olarkənbəlli olur ki, onların hüquqdan, humanitar hüquqdan, ümumiyyətlə,normal beynəlxalq münasibətlərdən heç bir anlayışları yoxdur vəyalnız populizm üzərində öz fikirlərini formalaşdırırlar.
Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
"Bəyanata nəzar salsaq görürük ki, onlar Azərbaycandan və COP29konfransında iştirak edən Belçika nümayəndə heyətindən hazırdaAzərbaycanda həbsdə olan müharibə cinayətlərində təqsirəndirilənerməni əsilli şəxslərin azad edilməsini tələb edirlər. Birincisi,həmin şəxslər Azərbaycan xalqına qarşı soyqırımı törətmiş, işğalilləri ərzində müharibə cinayətləri törətməklə təkcə Azərbaycanadeyil, bəşəriyyətə qarşı, sülh və insanlıq əleyhinə cinayəttörətmiş şəxslərdir.
Öz təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental normavə prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycan Respublikasınınsuverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərənşəxslərin azad edilməsini tələb edən parlamentarilərin məntiqiağlasığan deyil.
Təkcə öz miqyasına görə tarixdə analoqu olmayan 1992-ci il 26fevral Xocalı faciəsini nümunə kimi götürsək, ermənicinayətkarların, mülki vətəndaşlara qarşı qətliam törətmişşəxslərin azadlığa buraxılması hansı insan hüquqlarından, hansıhumanitar hüququn prinsipindən irəli gəlir?", - deputatbildirib.
O qeyd edib ki, belçikalı parlamentarilərin Azərbaycandan digərtələbi isə “Dağlıq Qarabağ”da olan erməni mədəni irsiniqorumaqdır:
"Onlara xatırlatmaq lazımdır ki, 1954-cü il “Silahlı münaqişəzamanı mədəni sərvətlərin qorunması haqqında” konvensiyaya görə hərbir ölkənin ərazisində yerləşən bütün maddi və qeyri-maddi, mədənimülkiyyət, irs həmin ölkənin özünə məxsusdur. Yəni AzərbaycanRespublikasının beynəlxalq hüquqla tanınmış sərhədlər çərçivəsindəyerləşən bütün irs Azərbaycan xalqının irsidir. Azərbaycan hərzaman öz mədəni irsini qoruyur və mühafizə edir. Belçikaparlamentariləri tərəfindən bizə qarşı bu kimi tələbin irəlisürülməsini daxili işlərimizə qarışmaq kimi qiymətləndiririk.
Belçika Parlamentinin deputatları, eyni zamanda müraciət edirlərki, Azərbaycan öz silahlı qüvvələrini Ermənistan Respublikasınınişğal edilmiş ərazilərindən çıxarsın. Bu da bir daha onu göstərirki, Belçikalı parlamentarilərin nə regionda gedən hadisələrdən nəölkələrin beynəlxalq hüquqla müəyyən edilmiş sərhədlərindən heç birməlumatı yoxdur.
Onlara bildirmək lazımdır ki, əksinə, 30 il ərzində ErmənistanAzərbaycanın ərazilərini işğal edib, torpaqlarımızı darmadağınedib. Bu da Ermənistanın beynəlxalq hüquqla tanınmış ərazilərəhörmət etmədiyini göstərir. Biz Ermənistana təklif edirik ki,delimitasiya və demarkasiya prosesini bitirək və bununla daErmənistanın tanımadığı Azərbaycan sərhədlərinə qarşı hörmətsizyanaşmasına son qoyaq.
Belçika Parlamentinin deputatları tərəfindən irəli sürülənəsassız iddialar bir daha onların erməni lobbisinin təsiri altındaolaraq Azərbaycana qarşı qarayaxma kampaniyası həyatakeçirdiklərini göstərir. Yaxşı olardı ki, Belçika öz daxili işləriilə məşğul olsun.
Belçikanın son siyasi vəziyyətinə baxsaq, orada daha çoxİslamofob, Azərbaycanofob, Türkofob məsələlərin baş qaldırdığınınşahidi olarıq. Təəssüflər olsun ki, Belçika parlamentarilərifransız qardaşlarından aldıqları təlimatlar əsasında çıxış edirlərvə müstəqil subyekt kimi özlərini göstrərə bilmirlər. Bu baxımdan,onların bu kimi açıqlamaları qəbuledilməzdir. Mən AzərbaycanRespublikasının Milli Məclisinin üzvü kimi Belçika Parlamentinindeputatlarının bu iddialarını qəti şəkildə rədd edirəm".