AZ

Putin bu liderlərlə danışdı, onu aldatdılar - Volodin

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibədən qaçmaq üçün dialoq istəyirdi, amma Qərb ölkələri buna hazır deyildilər.

Hurriyyet.az Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

“Putin ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Almaniyanın keçmiş kansleri Angela Merkel və Fransanın keçmiş Prezidenti Fransua Ollandla bununla bağlı danışmışdı. Lakin biz görürük ki, onların hamısı əvvəldən konfliktdə maraqlı idilər. Əvvəlcə aldatdılar, sonra hər şeyi etdilər ki, Ukraynadakı gərginlik hərbi müstəviyə keçsin” – deyə o bildirib.

Volodinin sözlərinə görə, Bayden Ukraynaya ATACMS raketlərindən istifadəyə icazə verməklə xələfi Donald Trampa problemlər yaratmaq istəyir:

“Baydenin bütün addımları onu deməyə əsas verir ki, vəziyyət nə qədər pisləşsə, onun üçün yaxşı olacaq. Lakin indiki məqam dünya və amerikalılar üçün çox pisdir. Hər kəsdən çox Avropa əziyyət çəkəcək. Emmanuel Makron, Olaf Şolts və Co Bayden Rusiyanın özünü bütün vasitələrlə qoruyacağını başa düşməlidirlər”.

Seçilən
2
1
hurriyyet.az

2Mənbələr