AZ

Almaniyada hamilə həmyerlisinə hücum edən ukraynalıya hökm oxunub

Berlin məhkəməsi hamilə həmyerlisinə hücum edən ukraynalıya 7 il 9 ay həbs cəzası verib.

Bu barədə Bild  yazır.

Həmin şəxs “xüsusilə ağır zorlama və sağlamlığa ağır xəsarət yetirmə”də təqsirli bilinib.

Qəzet qeyd edir ki, “müttəhim hökmdən sonra rahatlaşıb: o, indi bir neçə il Almaniyada qala bilər”.

2023-cü ilin sentyabrında o, doqquz aylıq hamilə olan 25 yaşlı ev yoldaşına hücum edərək təcavüz etdi. Uşağın sonradan sağlam doğulduğu vurğulanır.

DOĞRU.AZ

Seçilən
12
dogru.az

1Mənbələr