Gürcüstanda 26 oktyabr tarixli parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifət qüvvələri Tbilisi Dövlət Universitetinin birinci korpusu yaxınlığında toplaşıblar.
Mitinq iştirakçıları saxta seçkilərə etiraz edir və həmçinin dördüncü gündür ki, gecələr universitet otaqlarından birində qalan tələbələrlə həmrəy olduqlarını bildirirlər. Onlar universitetin rektoru Jaba Samushiyanın istefasını tələb edirlər.
“Birlik – Milli Hərəkat”ın liderlərindən biri Giorgi Vaşadzenin dediyi kimi, onlar Qəhrəmanlar meydanında estakadanın altında iki yerdə çadırlar quracaqlar və saat 22:00-a qədər qalacaqlar.
"Cebheinfo.az"