AZ

Naxçıvan Dövlət Energetika Agentliyi LƏĞV OLUNDU - Funksiyaları bu qurumlara ötürüldü

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin funksiyaları aidiyyəti üzrə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürüləcək.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərmanında öz əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin funksiyalarının aidiyyəti üzrə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Bizim.Media

Seçilən
1
10
bizim.media

10Mənbələr