AZ

“Rusiyada səfərbərliyə ehtiyac yoxdur” - Peskov

“Rusiyada səfərbərlikdən söhbət belə gedə bilməz”.

 Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

O, Müdafiə Nazirliyinin aktiv olaraq könüllülərlə müqavilələr bağladığını deyib: “Belə insanlar çoxdur. Hər gün yüzlərlə insan müqavilə imzalayaraq xüsusi əməliyyatlara gedir. Müqaviləli hərbçilərlə bağlı əsas işimiz onların təlimləri ilə bağlıdır. Təlimlər müddətində hərbi əməliyyatlara hərtərəfli hazırlanırlar”.

Qeyd edək ki, Rusiyada səfərbərlik 2022-ci ilin 21 sentyabr-31 oktyabr tarixlərində həyata keçirilib. Həmin vaxt orduya 300 min nəfər cəlb edilib. Bu ilin yayında isə ölkə Prezidenti Vladimir Putin Ukrayna ilə müharibə bölgəsində 700 min hərbçinin olduğunu açıqlayıb.

Seçilən
4
3
redaktor.az

4Mənbələr