AZ

"Tramp ABŞ qoşunlarını Suriyadan çıxara bilər" - Hakan Fidan

"ABŞ seçkilərində qalib gələn Donald Tramp Amerika qoşunlarını Suriyadan çıxara bilər".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Demokratlar qoşunların Əfqanıstandan çıxarılmasında olduğu kimi Suriyadan çıxarılması ilə bağlı çətinlikləri yenidən yaşamaq istəmədilər. İndi respublikaçılar dövründə onların ordunun çıxarılmasını həyata keçirmək şansı olacaq. Düşünürəm ki, müsbət qərar qəbul edə bilərlər”, - nazir deyib.

Onun sözlərinə görə, Suriyada 800 hərbçinin olması ABŞ-a sərf etmir. O hesab edir ki, bu, əksinə, Amerikanın hərbi əməliyyatları üçün maneəyə çevrilir.


Müəllif: Arzu
Seçilən
1
2
teleqraf.com

4Mənbələr